Rahid Əmirquliyev: Şadam ki, Zenitə qol vurdum
29 iyun 2016 17:00
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Rusiyanın "Zenit" klubuna qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun oldu. Rəqib adi komanda deyildi. "Zenit" statusu olan klubdur. Matçın yoxlama oyunu olduğunu nəzərə alsaq, nəticə elə də önəmli deyildi. Amma şadam ki, bu komandaya qol vurdum və qələbə qazandıq".