Zenitin futbolçusu: Qarabağa qarşı yaxşı oyun keçirdik
29 iyun 2016 15:40
Rusiyanın "Zenit" klubunun yarımmüdafiəçisi Yuri Bavin "Qarabağ"a qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, klub televiziyasına açıqlamasında bunları söyləyib:
"Prinsipcə, yaxşı oyun keçirdik. Əlbəttə, nəticə qane etmir. Amma oyun yoxlama xarakteri daşıyırdı. Ona görə də qələbə qazanmaq o qədər də vacib deyildi. Baxmayaraq ki, qələbə də qazanmaq istəyirdik. Uduzsaq da, zədəsiz ötüşməyimiz yaxşı oldu".