Samtredia Bakıda dəstəksiz qalacaq
29 iyun 2016 12:30
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda "Qəbələ" ilə qarşılaşacaq Gürcüstanın "Samtredia" klubu sabah 8-ci km stadionunda baş tutacaq oyunda dəstəksiz qalacaq. Azerisport.az xəbər verir ki, qonşu ölkə təmsilçisi Azərbaycana azarkeş gətirməyə hazırlaşmır. Qarşı tərəfdən heç bir jurnalist də bu oyun üçün qeydiyyatdan keçməyib.
Qeyd edək ki, "Qəbələ" - "Samtredia" oyunu sabah saat 21:00-da start götürəcək.