Ramil Şeydayev: Qarabağa qarşı oynamaq mənim üçün maraqlı idi
29 iyun 2016 00:30
Rusiyanın "Zenit" klubunun Azərbaycan əsilli hücumçusu Ramil Şeydayev Avstriya toplanışı çərçivəsində "Qarabağ"a məğlub olduqları (0:1) oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, klub televiziyasına açıqlamasında bunları söyləyib:
"Uduzduq. Ona görə də təəssüratlar o qədər də yaxşı deyil. İkinci hissədə topa yaxşı nəzarət etdik. Əlbəttə, mənim üçün Azərbaycan komandasına qarşı oynamaq maraqlı idi. Rəqibin oyunu xoşuma gəldi. Topa yaxşı nəzarət edirdilər. Fərdi cəhətdən güclü oyunçuları var. Onlar mütəmadi olaraq avrokuboklarda çıxış edirlər. Onları izləyirəm".