Oleq Bejenar: Kəpəzdən belə oyun gözləmirdim
28 iyun 2016 22:30
Moldovanın "Daçiya" klubunun baş məşqçisi Oleq Bejenar Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən görüşdən sonra bunları söyləyib:
"Düzünü deyim ki, "Kəpəz"dən belə oyun gözləmirdim. Artıq rəqib barədə daha dolğun məlumatımız var. Cavab oyununda buna uyğun çalışıb, qələbə qazanmağa çalışacağıq. Ev oyununda bir qədər də hücumameylli oyun sərgiləyəcəyik. Birinci hissədə yaxşı top saxlaya bilmirdik. Fasilədən sonra isə daha yaxşı oynamağa başladıq".