Daçiyanı dəstəkləmək üçün Bakıya İnquşetiyadan 150 azarkeş gəlib
28 iyun 2016 15:20
Moldova "Daçiya"sı Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda qarşılaşacağı "Kəpəz"lə oyunda dəstəksiz qalmayacaq. Azerisport.az xəbr verir ki, bu gün baş tutacaq oyunda qonaq komandanı dəstəkləmək üçün İnquşetiyadan (Rusiya) 150 azarkeş gəlib.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Kəpəz" - "Daçiya" matçı saat 20:00-da start götürəcək.