Kazbek Tuayev: Bu cür yazı Moldova futbolunun ayıbıdır
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"in rəqibi olan Moldovanın "Daçiya" klubunun saytında yol verilən məlum təxribatla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Onlar belə axmaqdırsa, bu hadisəyə heç qiymət verməyə də dəyməz. Getdiyin ölkə barədə məlumatın olmalıdır. Hələ onun barəsində yazmağı demirəm. Ölkəmizə gəldikləri üçün sevinmək əvəzinə boş-boş işlərlə məşğuldurlar. Onlar qeyri-peşəkardırlar. Bu, özbaşınalıqdır. Bu cür yazı Moldova futbolu üçün ayıbdır. Bu heç təxribat da deyil, tərbiyəsizlikdir. Ölkəmizin təhqir olunmasına imkan verməməliyik. "Kəpəz"in məşqçi heyətini komanda üzvlərini oyuna elə kökləməyə çağırıram ki, onlar bu rəqibə hər şeyi sübut etsinlər".