Kəpəz Daçiyaya Bakıda qol vura bilmədi
Bu gün Avropa Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, yeni mövsümün ilk oyun günündə Azərbaycan təmsilçilərindən də biri meydana çıxıb.
Belə ki, 16 il sonra qitə arenasına qayıdan "Kəpəz" doğma meydanda Moldova "Daçiya"sı ilə üz-üzə gəlib. Şahin Diniyevin çalışdırdığı Gəncə təmsilçisi doğma meydanda mütləq inamlı qələbə qazanmalıydı ki, bir həftə sonra səfərdə keçiriləcək oyunda işi çətin olmasın.
Lakin təəssüf ki, təmsilçimiz ilk görüşdə istəyinə çata bilməyib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 7-də Kişinyovda baş tutacaq. Cavab matçında komandamızı hətta qollu heç-heçə də qane edəcək.
Avroliqadakı digər təmsilçilərimiz - "Qəbələ" ilə "Neftçi" isə ilk oyunlarını iyunun 30-da keçirəcək. Bölgə təmsilçisi doğma meydanda Gürcüstan "Samtredia"sı, bakılılar isə səfərdə Malta "Baltsan"ı ilə qarşılaşacaq.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
28 iyun
"Kəpəz" - "Daçiya" - 0:0 (0:0)
Sarı vərəqə: Koçuk, 77. Bulqaru, 90+3.
Baş hakim: Aleksandr Qauzer (Qazaxıstan).
Bakı. "Dalğa Arena".
"Kəpəz": 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev (6. Ceyhun Cavadov, 73), 10. Dario Federiko, 12. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov (19. Orxan Əliyev, 70), 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo (9. Tural Qürbətov, 79), 90. Julian Ebah.
Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
"Daçiya": 12. Dimitri Çelyadnik, 2. Andrey Slinkin, 4. Simeon Bulqaru, 5. Vyaçeslav Posmak, 7. Rinar Valeyev (19. Maksim Qavrilenko, 40), 9. İqor Buqayev (15. Sapol Mani, 61), 10. Aleksandr Bejan (25. Andrey Buqnyak, 83), 11. Denis Kojanov, 17. Yevgeni Koçuk, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feşuk.
Ehtiyat oyunçular: 16. Dorian Raylyan, 6. Mecit Neziri, 27, Vasili Jardan, 29. Yaser Turkanu.
Baş məşqçi: Oleq Bejenar.