Neftçinin rəqibi də iştirak ərizəsini açıqladı
27 iyun 2016 12:00
Maltanın "Baltsan" klubu Avropa Liqasının birinci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Azerisport.az xəbər verir ki, "Neftçi"nin rəqibinin baş məşqçisi Oliver Spiteri 22 futbolçunun xidmətindən yararlana biləcək:
Qapıçılar: Kristian Kassar, Mixail Şiberras, İvan Yanyuşeviç;
Müdafiəçilər: Castin Qrioli, Samir Arab, Stiv Betsina, Elkin Serrano, Oliveyra, Daniel Spiteri;
Yarımmüdafiəçilər: Rayan Feneç, Pol Feneç, Dilan Qrima, Klayv Brinkat, De, Ceymi Zerafa, Terens Aqius, Şon Çipriott;
Hücumçular: Laydon Mikallef, Borçe Manevski, Pol Lapira, Alfred Effionq, Boyan Kalyeviç.
Qeyd edək ki, "Neftçi" ilə "Baltsan" arasındakı ilk oyun iyunun 30-da Paoladakı "Hibernians" stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.