Daçiya artıq Bakıdadır
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində sabah "Kəpəz"in qonağı olacaq Moldovanın "Daçiya" klubu artıq Bakıdadır. Azerisport.az xəbər verir ki, komanda Kişinyov-İstanbul-Bakı marşrutu üzrə hərəkət edib və bu gün səhər saatlarında Azərbaycan paytaxtına çatıb.
Baş məşqçi Oleq Bejenar ölkəmizə 19 futbolçu gətirib:
Qapıçılar: Dmitri Çelyadnik, Dorian Raylyan;
Müdafiəçilər: Andrey Slinkin, Semeon Bulqaru, Vyaçeslav Posmak, Mecit Neziri, Abdul-Qafar Mamex, Vasili Jardan;
Yarımmüdafiəçilər: Rinar Valeyev, Sapol Mani, Yevgeni Koçuk, Maksim Qavrilenko, Maksim Kojokaru, Aleksandr Bejan, Yaser Tsurkanu;
Hücumçular: İqor Buqayev, Denis Kojanov, Andrey Buqnyak, Maksim Feşuk.
Qeyd edək ki, "Kəpəz" - "Daçiya" matçı sabah "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.