Aqolli Qarabağın düşərgəsinə qoşuldu
27 iyun 2016 11:30
Albaniya millisi ilə Fransada keçirilən AÇ-2016-nın final mərhələsində çıxış edən Ansi Aqolli dünən axşam saatlarında "Qarabağ"ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb. Azerisport.az xəbər verir ki, Aqolli bu gündən etibarən məşqlərdə iştirak edəcək.
Aqolli AÇ-2016-da Albaniya millisi ilə 3 oyunda (2 oyunda kapitan kimi) meydanda oldu. Onun komandası son anda 1/8 finala vəsiqəni əldən verdi.
Aqolli Azərbaycan çempionatları tarixində belə mötəbər turnirdə iştirak edən ilk futbolçu olub.