Zenit Qarabağla matç öncəsi qələbə qazana bilmədi
27 iyun 2016 01:00
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın hazırlıq prosesi çərçivəsində Rusiyanın "Zenit" klubu ilə yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Ağdam klubu ilə görüş öncəsi yoxlama matçı keçirib.
"Zenit"in rəqibi İraqın olimpiya yığması olub. Görüş qolsuz başa çatıb.
Qeyd edək ki, Mirça Luçeskunun çalışdırdığı "Zenit"in "Qarabağ"la oyunu iyunun 28-də baş tutacaq.