Qarabağın futbolçuları nömrə dəyişdirdilər
27 iyun 2016 00:30
Yeni mövsümün hazırlığını Avstriyada davam etdirən "Qarabağ"ın bəzi futbolçuları nömrə dəyişikliyi edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun bəzi futbolçuları yeni mövsümdən fərqli nömrəli formalarla meydana çıxacaq.
Klubdan verilən məlumata görə, son mövsümdə 10 nömrəli formanı geyinən Dani Kintana 99 nömrə altında top qovacaq. 10 nömrəni isə bundan sonra komandanın digər legioner futbolçusu Muarem Muarem daşıyacaq. Hansı ki, son mövsümdə makedoniyalı futbolçu 99 nömrə ilə çıxış edirdi.