Kəpəzin rəqibi Avroliqa üçün iştirak ərizəsini açıqladı
Moldovanın "Daçiya" klubu Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Kəpəz"lə oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Oleq Bejenar UEFA-ya təqdim etdikləri siyahıda 23 futbolçuya yer ayırıb:
Qapıçılar: Artyom Qaydukeviç, Dmitri Çelyadnik, Doriy Raylyan;
Müdafiəçilər: Andrey Slinkin, Petru Kostin, Semen Bulqaru, Vyaçeslav Posmak, Mecit Neziri, Vladimir Zastavnı, Abdul-Qafar Mamex, Vasili Jardan;
Yarımmüdafiəçilər: Rinar Valeyev, Ruslan Şauvxalov, Andrey Bursuk, Sapol Mani, Yevgeni Koçuk, Maksim Qavrilenko, Maksim Kojokaru;
Hücumçular: İqor Buqayev, Aleksandr Bejan, Denis Kojanov, Andrey Buqnyak, Maksim Feşuk.
Qeyd edək ki, "Kəpəz"lə "Daçiya" arasındakı ilk oyun iyunun 28-də Bakıda keçiriləcək.