Neftçinin Malta klubu ilə ilk oyunu çernoqoriyalı hakimlərə tapşırıldı
26 iyun 2016 18:00
UEFA Avropa Liqasında birinci mərhələnin oyunlarının başlanma saatı açıqlanıb. Azerisport.az xəbər verir ki, “Neftçi”nin Maltanın “Baltsan” klubu ilə hər iki görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
İlk oyun iyunun 30-da “Hibernians” stadionunda, cavab matçı isə iyulun 7-də “Bakcell Arena”da olacaq.
Bu komandalar arasında baş tutacaq ilk oyunun hakimləri də müəyyənləşib. “Baltsan” – “Neftçi” matçının baş hakimi çernoqoriyalı Yovan Kaludyeroviç olacaq. Ona həmyerliləri – Daniel Deviç və Vladan Todoroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mileta Şçepanoviç yerinə yetirəcək.
UEFA nümayəndəsi Miçal Mertinyak (Slovakiya), hakim-inspektor isə Vaslav Krondl (Çexiya) olacaq.