Prosineçki: Komandamızın sərgilədiyi oyunla fəxr etməliyik
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya yığmasının AÇ-2016-nın 1/8 finalında Portuqaliyaya uduzaraq (0:1) mübarizəni dayandırmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Xorvatiya yığmasının Avropa çempionatını belə erkən tərk etməsi üzücü oldu. Onlar qrup mərhələsində sərgilədikləri oyunla hətta neytral azarkeşlərin də sipmatiyasını qazanmışdılar. Amma Portuqaliyaya məğlubiyyət məndə şok yaratmadı. Rəqib fərdi cəhətdən güclü oyunçular malikdir. Onlar bir zərbə ilə oyunun taleyini həll etməyə qadirdilər. Məğlub olsaq da, yığmamız yaxşı oyun sərgilədi. Komanda meydanda dominantlıq edirdi. Uğursuzluğa görə Domaqoy Vidanı günahlandırmağa dəyməz. Düzdür, o, bir neçə qol şansını boşa verdi. Amma o, hücumçu yox, müdafiəçidir. Biz komandamızın Fransada sərgilədiyi oyunla fəxr etməliyik".