Nikos Panayotu: Teo Uuks Qəbələyə faydalı oyunçu olacaq
26 iyun 2016 15:30
"Qəbələ"nin yeni transferi Teo Uiksin Kiprin "Ermis Aradipu" klubundan gəldiyini xəbər vermişdik. Azerisport.az saytına açıqlama verən bu komandanın baş məşqçisi Nikos Panayotu bu transferlə bağlı fikirlərini bölüşüb:
"Fikrimcə, o, "Qəbələ"yə keçməklə düzgün addım atdı. Yeni komandası Avropa Liqasında çıxış edəcək. Ona uğurlar arzulayıram. Bu futbolçu barədə ancaq xoş sözlər deyə bilərəm. "Qəbələ"yə fayda verəcək. Yaxşı futbolçudur, topla çox yaxşı davranır. Onun "Qəbələ"dəki çıxışını izləməyə çalışacağam".