Millimiz Rusiyada darmadağına sevindi
26 iyun 2016 14:30
Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoxdama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Rostov OİK-nin U-19 komandası ilə qarşılaşan yığmamız 5:0 hesabı ilə qələbə qazanıb.
Qolları Kamran Quliyev, Xəqani Sadıxov, Fərid Mahmudov, Timur Babayev və Ərşad Xankişyev vurub.
Qeyd edək ki, “Rostov” klubunun yetirməsi olan Timur Babayev komandaya yeni qoşulub.