Azərbaycan Yunanıstana qalib gəldi
25 iyun 2016 20:30
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avropa Liqasında ilk yarımfinal görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Yunanıstanla qarşılaşıb.
Görüş millimizin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar sabah cavab oyununa çıxacaqlar.
Avroliqanın ilk yarımfinal oyunu
25 iyun
Yunanıstan - Azərbbaycan 1:3 (23:25, 21:25, 25:23, 19:25)