Yığmamızın müdafiəçisi Ukrayna klubuna keçdi
25 iyun 2016 12:40
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayev özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, Ukraynanın "Stal" klubu ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, son yarım ili "Qəbələ"də keçirən futbolçu mövsüm başa çatan kimi bölgə təmsilçisindən ayrılmışdı.