Kəpəz yoxlama oyununda 6 qola sevindi
25 iyun 2016 00:05
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Moldova “Daçiya”sı ilə oyunun hazırlığını Bakıda davam etdirən “Kəpəz” yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “sarı-göylər”in rəqibi aşağı divizion təmsilçisi “Bakı” olub.
Oyun Gəncə klubunun böyükhesablı qələbəsi ilə nəticələnib – 6:0. “Kəpəz”dən Şəhriyar Əliyev, Julien Ebah və Şəhriyar Rəhimovun hərəyə bir dəfə fərqləndiyi matçda Tural Qürbətov het-trik edib.
“Kəpəz” istirahət etmədən bu gün məşqlərə davam edəcək.