Nazim Əliyev: AFFA-dan rəsmi təklif almamışam, amma...
24 iyun 2016 20:00
Azərbaycanın veteran futbolçusu Nazim Əliyev AFFA Məşqçilər Komitəsində "Kəpəz"in baş məşqçisi Şahin Diniyevi əvəz edə bilər. Azerisport.az saytına açıqlamasında o, buna münasibətini bildirib:
"Hələ rəsmi təklif almamışam. Amma mən də belə bir şey eşitmişəm. Şübhəsiz ki, belə bir dəvət gəlsə, məmnuniyyətlə qəbul edərəm. Artıq bir ilə yaxındır "Neftçi"ni tərk etmişəm və o vaxtdan evdə otururam. Bacardığım işlə məşğul olmaq istərdim".