Kəpəz - Daçiya matçının hakimləri açıqlandı
24 iyun 2016 18:00
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyunun 28-də “Dalğa Arena”da keçiriləcək “Kəpəz” – “Daçiya” (Moldova) matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu oyunu Qazaxıstanı təmsil edən hakimlər idarə edəcək:
Baş hakim: Aleksander Gauzer
Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Alibek Aubakirov
Dördüncü hakim: Daniyar Sakhi
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Aleh Chykun (Belarus)