Daçiyanın prezidenti: Moldova çempionatı Azərbaycan Premyer Liqasından zəif deyil
Moldovanın "Daçiya" klubunun prezidenti Adlan Şişxanov Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları "Kəpəz"lə oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Daçiya" üçün rəqibin kim olmasının fərqi yoxdur. Biz həmişə meydana qələbə üçün çıxırıq. Kimin güclü olacağı isə meydanda görünəcək. "Kəpəz"ə çempion qismət olmasa da, Moldovanın ən əzmkar komandası düşüb. Əminəm ki, Moldova çempionatı Azərbaycan Premyer Liqasından zəif deyil. Moldova çempionatında əla komandalar oynayır, yaxşı futbol sərgiləyirlər. Ona görə də Azərbaycan və Moldova futbolunun liderləri eyni səviyyədədirlər. Yeganə fərq ondadır ki, Azərbaycanda hətta ən zəif klubların da yaxşı infrastrukturu, maliyyə dəstəyi var. Rəqibimizin Gəncəni təmsil etdiyini bilirəm. Ondan da xəbərdaram ki, bu komanda son mövsümdə 15 qələbə qazanıb, 11 heç-heçə edib, cəmi 10 görüşdə uduzub. Bütövlükdə, "Kəpəz" inkişafda olan komandadır. Qarşılarına qrup mərhələsinə çıxmağı hədəf qoyublar. Əlbəttə, püşkdən çox şey asılı olacaq. Bizim də hədəfimiz hazırda "Kəpəz"i keçməkdir". (Sportal)