Qarabağın rəqibindən daha 4 transfer
24 iyun 2016 16:00
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Lüksemburq "Düdelanj"ı heyətinə yeni futbolçular cəlb edib. Azerisport.az xəbər verir ki, sözügedən komanda Almaniyanın "Kayzerslautern II" klubundan yarımmüdafiəçi Mario Pokaranı, yerli "Jeness"dən Momara N`Ndiaye və Brayan Melisseni transfer edib. "Rodanja"nın qapıçısı Co Frizinqa isə isarəyə götürülüb.
Qeyd edək ki, "Qarabağ"la "Düdelanj" arasındakı ilk oyun iyulun 7-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.