Vançe Şikov: Mənim zamana ehtiyacım var
24 iyun 2016 14:15
"Neftçi"nin makedoniyalı müdafiəçisi Vançe Şikov ötən gün Türkiyə toplanışı çərçivəsində afrikalı futbolçulardan ibarət "SİBM Traning Center" komandası üzərində qazandıqları 3:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz yaxşı matç keçirdik. Amma bu, hələ "Neftçi"nin ən yaxşı oyunu deyil. Çalışmaq lazımdır. Fikrimcə, zamanla daha da yaxşı oynayacağıq. Bu oyuna qədər komanda ilə cəmi iki məşqə çıxmışdım. Ona görə də hələ tam hazır deyiləm. Tam uyğunlaşmağım, forma yığmağım üçün zamana ehtiyacım var".