Neftçinin Baltsanla səfər matçı üçün planları müəyyənləşdi
24 iyun 2016 12:45
"Neftçi" Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı Malta "Baltsan"ı ilə səfər oyunu üçün planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Vəli Qasımovun komandası iyunun 28-də Türkiyədə təlim-məşq toplanışında olduğu Boludan İstanbula yollanacaq. Oradan isə Maltaya səfərə gedəcək.
Komanda Maltanı oyundan bir gün sonra iyulun 1-də tərk edəcək.