Qəbələ - Samtredia matçı 1 manata
24 iyun 2016 12:00
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstan "Samtredia"sı arasında keçiriləcək ilk oyunun biletləri iyunun 27-dən satışda olacaq. Azerisport.az xəbər verir ki, azarkeşlər biletləri "Bakcell Arena"nın kassalarından əldə edə bilərlər.
Satışa 8400 bilet çıxarılacaq. Qalan yerlər isə dəvətnamə ilə gələnlər və jurnalistlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, arena 11 000 azarkeş tutumuna malikdir. Biletlərin qiyməti yerlərdən asılı olaraq, 1, 2 və 10 manat olacaq.
"Qəbələ" - "Samtredia" matçı iyunun 30-da keçiriləcək və saat 21:00-da start götürəcək.