Rüfət Dadaşov: Almaniyada oynamaq mənə xoşdur
24 iyun 2016 00:40
Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın "Moyzelvits" klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə bir neçə klubdan dəvət var idi. Amma Almaniyada qalmağa üstünlük verdim. "Moyzelvits"dən təklif aldım və bu kluba keçməyə razılıq verdim. Onların şərtləri məni qane etdi. Bu komandada da sabit oynayacağam. Düzdür, son mövsümdə çıxış etdiyim liqada mübarizə aparacağam, amma bu dəfə fərqli komanda ilə. Almaniyada oynamaq mənə xşdur. Ailəm də yanımdadır".