Kərim Diniyev: Daçiya ilə Kəpəzin mərhələ adlamaq şansı bərabərdir
24 iyun 2016 00:10
"Kəpəz"in yarımmüdafiəçisi Kərim Diniyev Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları Moldova "Daçiya"sı ilə oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Daçiya" yaxşı komandadır. Moldova çempionatında qızıl medalları son anda əldən verib. Mövsüm ərzində çox az qol buraxıblar. Bu da onların müdafiə xəttinin inamlı oynamasından xəbər verir. Bu komandanın güclü rəqib olduğunu düşünürəm. Amma hədəfimiz "Daçiya"nı keçməkdir. Şanslar bərabərdir. Kim yaxşı oynasa, o da mərhələ keçəcək. "Daçiya"nı keçəcəyimizə ümidliyəm".