Neftçi Milan Miyatoviçlə müqavilə imzalamaqdan imtina etdi
21 iyun 2016 11:20
"Neftçi"nin Türkiyə toplanışına çernoqoriyalı qapıçı dəvət etdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, paytaxt klubunun onunla da müqavilə imzalaması gözlənilirdi.
Amma bu, baş verməyib. Klubdan verilən məlumata görə, o, tibbi müayinədən keçə bilməyib. Sağlamlığında ciddi problem aşkarlanan futbolçunun xidmətindən imtina edilib.