Murad Səttarlı: Qərarımı milli komandanın toplanışından sonra verəcəyəm
Azərbaycan yığmasının yarımmüdafiəçisi Murad Səttarlı Avstriya toplanışı çərçivəsində Makedoniyaya qarşı keçirilmiş son yoxlama oyunundan (1:3), eləcə də Kanadaya qarşı keçiriləcək növbəti sınaqdan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Makedoniya ilə oyunda iki fərqli hissə oldu. Bizim başqa qol vurmaq şanslarımız da var idi, amma onlardan yararlana bilmədik. Kanada ilə oyun da bizim üçün vacibdir. Robert Prosineçkinin məni meydana buraxıb-buraxmayacağını bilmirəm. Amma meydana çıxmağa hazıram".
Səttarlı yeni mövsümə başqa klubda başlamaq ehtimalından da söz açıb: "Mənə başqa klublardan təkliflər var, amma hələ AZAL-dayam. Qərarımı millinin toplanışından sonra verəcəyəm. Mənim üçün hansı komandada çıxış etməyim yox, sabit oynamağım daha vacibdir".