Nicat Qurbanov Kəpəzə keçidindən danışdı
31 may 2016 19:30
"Kəpəz"in yeni transferi Nicat Qurbanov bu keçidi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zirə" üçün gücüm daxilində əlimdən gələni etdim. Yaxşı ayrıldıq. Bu komandaya uğurlar arzulayıram. Yeni kluba keçidimə gəlincə, "Kəpəz"dən təklif gəldi, mən də razılaşdım. Ümid edirəm ki, bu transfer həm mənim, həm də klubumun xeyrinə olacaq. Komandaya faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. Əsas odur ki, azarkeşlər yeni mövsümdə də komandanı dəstəkləsinlər. Allah eləsin ki, hər şey yaxşı olsun".