Kamal Quliyev: Premyer Liqanın 8 klubla keçiriləcəyinə inanmıram
31 may 2016 18:40
"Neftçala"nın baş məşqçisi Kamal Quliyev yeni mövsümdə Premyer Liqada 8 klubun çıxış edəcəyinə inanmadığını bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yeni mövsümdən danışmaq hələ tezdir. Növbəti mövsümdə elitada 8 klubun mübarizə aparacağına inanmıram. Baxmayaraq ki, bu, mümkündür. Amma məncə, 10 klub olacaq. Digər iki klubu isə istisna hal kimi elitaya buraxacaqlar. Necə ki, ötən mövsüm belə güzəşti "Rəvan"a etmişdilər. Onların da lisenziyası yox idi. Amma klub sayını düzəltmək üçün çempionatda oynamasına razılıq verdilər. Ümid edirəm ki, hər şey yaxşı olacaq".