İnter Türkiyədə 2 toplanış keçirəcək
31 may 2016 18:00
"İnter" yay hazırlıq planlarına aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, Zaur Svanadzenin çalışdırdığı paytaxt təmsilçisi iyunun 18-də bir araya gələcək.
Komanda elə həmin gün Türkiyəyə toplanışa yollanacaq. Ərzurumda hazırlıq keçəcək "bankirlər" ikinci hazırlıq prosesini Bakıda həyata keçirəcəklər. Ardından paytaxt klubu yenə qardaş ölkəyə yollanıb, hazırlığın son mərhələsinə başlayacaq.