Emin Quliyev: Neftçi normal müqavilə təklif etsəydi, Xəzər Lənkərana keçməzdim
31 may 2016 16:40
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Emin Quliyev Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin onunla Mahmud Qurbanovun 2005-ci ildə pula görə "Neftçi"ni "Xəzər Lənkəran"a keçdiyi barədə tənqidi fikirlərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz "Neftçi" ilə məhz "Xəzər Lənkəran"a qarşı keçirilən "qızıl oyun"da qələbə qazanıb, çempionluğu rəsmiləşdirmişdik. Həmin mövsüm mənim də, Mahmudun da klubla müqaviləsinin müddəti başa çatmışdı. Başqa klub isə daha sərfəli müqavilə təklif etmişdi. Burada nə var ki? Başqa kluba keçmişəmsə, bu kimisə satmaq deməkdir? "Neftçi" normal müqavilə təklif etsəydi, "Xəzər Lənkəran"a keçməzdik.