İran klubu Ruslan Abışovu istəyir
31 may 2016 15:00
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov karyerasını İran "İstiqlal"ında keçirə bilər. Azerisport.az xəbər verir ki, Tehran təmsilçisi son mövsümü "Qəbələ"də keçirən bu oyunçu ilə müqavilə imzalamaq istəyir.
Amma Abışov bu təklifi cavablandırmağa tələsmir.
Qeyd edək ki, "İstiqlal" İranın ən yaxşı klublarından biri hesab olunur və dəfələrlə ölkə çempionu olub. Son mövsümü isə bu klub üçüncü pillədə başa vurub.