İnter sabiq Xəzər Lənkəranlı ilə müqavilə imzaladı
31 may 2016 12:30
"İnter" növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu "Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Adrian Skarlatake ilə müqavilə imzalayıb.
Rumıniyalı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, "bankirlər" son mövsümü "Rəvan"da keçirən Məmməd Quliyevlə də müqavilə bağlayıblar. Gənc futbolçu da ən azı növbəti mövsümü paytaxt klubunda keçirməlidir.