Qarabağın bütün potensial rəqibləri dəqiqləşdi
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq və rəqibləri səpələnməmişlər səbətində yer alan aşağıdakı klublar olacaq:
"Hapoel" (Beer-Şeva, İsrail), "Olimpiya" (Sloveniya), "Ferençvaroş" (Macarıstan), HJK (Finlandiya), "Vardar" (Makedoniya), "Norçöpinq" (İsveç), "Kruzeyders" (Şimali İrlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Dandolk" (İrlandiya), "Mladost" (Çernoqoriya), "Liepaya" (Latviya), "Düdelanj" (Lüksemburq), "Jalgiris" (Litva), eləcə də birinci təsnifat mərhələsinin qalibi ola biləcək aşağıdakı klublar - "Alaskert" (Ermənistan), B-36 (Farer adaları), "Valletta" (Malta), "Linkoln" (Cəbəllütariq), "Nyu Seynts" (Uels), "Santa Koloma" (Andorra), "Flora" (Estoniya), "La Florita" (San Marino).
Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin püşkatması iyunun 20-də keçiriləcək. Bu mərhələnin oyunları isə 12/13 və 19/20 iyulda baş tutacaq.