Ruslan Qurbanov: Səhvlərimiz ucbatından uduzduq
31 may 2016 00:30
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov Avstriya toplanışı çərçivəsində Makedoniyaya qarşı keçirilmiş yoxlama oyununu (1:3) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Birinci hissədə çox pis oynadıq. Amma ikinci hissədə təşəbbüsə yiyələnmişdik. Öz səhvlərimiz ucbatından uduzduq. Etiraf edim ki, yorğunluq var. Bir neçə gün öncə "Qarabağ"la "Neftçi"nin futbolçuları kubokun finalında 120 dəqiqə futbol oynamışdılar. Bu, təsirsiz ötüşə bilməzdi".