Qəbələ, Neftçi və Kəpəz üçün daha dörd potensial rəqib
30 may 2016 14:00
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ", "Neftçi" və "Kəpəz"in bu turnirin birinci təsnifat mərhələsindəki daha dörd potensial rəqibi bəlli olub. Azerisport.az xəbər verir ki, bunlar Moldovanın "Daçiya", Lüksemburqun "Jeness", Danimarkanın "Midtyullann" və "Bröndbü" klublarıdır.
Qeyd edək ki, "Qəbələ" və "Neftçi" birinci təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər, "Kəpəz" isə səpələnməmişlər səbətində yer alacaq.
Püşkatma mərasimi iyunun 20-də keçiriləcək.