Azərbaycanlı futbolçuların klubu məğlubiyyətlə üzləşdi
30 may 2016 13:30
Futbol üzrə Latviya birinci liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Stayçeles Bebri" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıblar. Orxan 1-ci, Vüqar isə 74-cü dəqiqədə sarı vərəqə almaqla "fərqlənib".
Qeyd edək ki, geridə qalan turlarda 13 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.