İvan Triçkovski: Azərbaycan üzərində layiqli qələbə qazandıq
30 may 2016 12:20
Makedoniya yığmasının yarımmüdafiəçisi İvan Triçkovski Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyun oldu. Biz daha çox hücum etdik. Azərbaycan yığması da hərdən qapımız qarşısında təhlükəli vəziyyətlər yaratdı. Qələbə qazandığımız üçün şadam. Fikrimcə, layiqli qələbə oldu. Azərbaycana sonuncu dəfə Bakıda qalib gəlməyimizi xatırlayıram. Deməli, növbəti dəfə də qələbə qazanmaq şansımız var".