Ansi Aqolli üçün 24 dəqiqə
30 may 2016 12:00
Albaniya yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda Qətər millisi ilə qarşılaşıb.
Görüş albanların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli bu oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Albanların çalışdırıcısı onu 66-cı dəqiqədən etibarən meydana buraxıb.