Bonilyanın qolu Salvadoru məğlubiyyətdən xilas etmədi
29 may 2016 19:30
Salvador yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Zirə"nn futbolçusu Nelson Bonilyanın şərəfini qoruduğu bu komanda Poeru il ə qarşılaşıb.
Salvadorlular bu oyunda 1:3 hesablı məğlubiyyətlə üzləşiblər. Komandasının yeganə qolu da məhz Bonilya vurub.
Qeyd edək ki, Salvador yığması iyunun 1-də Ermənistanla qarşılaşacaq.