Elmar Baxşiyev: Azərbaycan Andorranı istənilən heyətlə məğlub etməli idi
29 may 2016 16:00
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev Avstriyada təlim-məşq toplanışında olan millimizin yoxlama oyunlarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Vaxtilə biz Andorraya səfərdə qalib gəlmişdik (2:1). Həmin oyunu yaxşı xatırlayıram. O vaxt biz xeyli qol vəziyyəti yaratmışdıq. Bu dəfə millimiz meydana tam heyətlə çıxmamışdı. Amma bu, meydana çıxan futbolçular üçün də bəraət sayılmamalıdır. Andorranı istənilən heyətlə məğlub etməliydik. Bu gün qarşılaşacağımız Makedoniya yığmasının heyəti daha güclü futbolçulardan təşkil olunub. Yoxlama oyunu olsa da, bu rəqibə qalib gəlməliyik".