Miltinyo ilə müqavilənin müddəti və Bakıya gəlmə vaxtı dəqiqləşdi
29 may 2016 13:30
Futzal üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Miltinyonun (Milton Luis Ziller Junior) müqavilə müddəti açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyası onunla bir illik müqavilə imzalayıb.
Braziliyalı mütəxəssis özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilənin müddəti 2017-ci ildə avtomatik bir il də uzadılacaq.
Miltinyo Azərbaycana iyunun 18-də təşrif buyuracaq. Bundan iki gün sonra isə futzal millimiz dünya çempionatına hazırlıq üçün Bakıda təlim-məşq toplanışına başlayacaq.
Federasiya rəhbərliyi isə artıq yığmamız üçün rəqib axtarışına başlayıb.