Azərbaycan Makedoniya ilə də Bad Erlaxda qarşılaşacaq
29 may 2016 00:25
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığmasının Makedoniya ilə yoxlama oyununun məkanı dəyişdirilib. Azerisport.az xəbər verir ki, millimiz bu rəqibi ilə Şvadorfda yox, üç gün öncə qarşılaşdığı Andorra ilə matçın oynanıldığı Bad Erlaxda üz-üzə gələcək.
Millimiz Şvadorfa ilk növbədə saat yarımlıq yol qət etməmək üçün getmək istəməyiblər. Üstəlik, orada arena hava limanına yaxın olduğundan, təyyarələrin səsi mane olur. Bunları nəzərə alan Makedoniya yığması da Bad Erlaxa gəlməyə razı olub.
Qeyd edək ki, Azərbaycan - Makedoniya matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə 19:00-da start götürəcək.