Zirə daha bir futbolçu ilə yollarını ayırdı
28 may 2016 16:30
“Zirə” daha bir futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, Nicat Qurbanov karyerasını başqa klubda davam etdirəcək. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.
Bundan öncə Çimezie Mbah, Dieqo Qusmao, Luis Alberto Diez, Tərzin Cahangirov, Ruslan Poladov və Rəşad Abdullayev “Zirə”dən ayrılmışdı.
Klub rəhbərliyi və məşqçi heyəti sabiq futbolçulara bu günə qədər olan xidmətlərinə görə təşəkkür edib və onlara karyeralarında uğurlar arzulayıb. (klub saytı)