Ruslan Abışov: Makedoniyaya qarşı daha yaxşı oynamaq istəyirik
28 may 2016 15:00
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Avstriya toplanışı çərçivəsində Andorraya qarşı keçirilmiş yoxlama oyunundan (0:0) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Andorra ilə qarşılaşma demək olar ki, təkqapıya keçdi. Belə rəqiblərlə oyunlarda mümkün qədər tez qol vurmalısan ki, matçın qalan dəqiqələri asan keçsin. Onlar zaman keçdikcə daha böyük qüvvə ilə müdafiə olunurdular. Təəssüf ki, bu görüşdə qələbə qazana bilmədik. Halbuki, bu oyunu qələbə ilə başa vurmalıydıq. Qarşıda Makedoniya ilə oyun var. Bu rəqibimiz daha güclüdür. Heyətində yaxşı oyunçular var. Daha yaxşı oynamaq istəyirik".